Bu dəfə 1995/96-cı illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 5-ci olan Azərbaycan çempionatıdır.
İllər keçdikcə Yüksək dəstədə klubların sayı azalmışdı. İlk dəfə 1992-ci 26 klubla başlayan ölkə çempionatında 1995/96-cı illər mövsümündə cəmi 11 komanda yarışırdı.
Çempionatın reqlamentinə əsasən, 12 komanda 2 mərhələdə mübarizəyə başlayıb. Bu komandalardan 2-si – "Şəmkir”, OİK aşağı dəstədən gələnlərdir. Lakin "Pambıqçı” (Bərdə) üzvlük haqqını ödəyə bilmədiyi üçün mübarizəni erkən dayandırıb və nəticələri ləğv olunub.
I mərhələdən sonra komandalar 2 altılığa bölünüb qızıl xallarla mübarizəni davam etdiriblər.
İlk altılığın bütün oyunları Bakı və Sumqayıtdakı neytral meydanlarda keçirilib.
Final mərhələsinin "Qarabağ” – "Turan” oyunu danışılmış sayılıb və hər 2 komandaya 0:3 hesablı məğlubiyyət verilib.
2 komanda aşağı dəstəyə düşməli idi ki, lakin çempionat bitincə dəyişən format üzündən hətta "Pambıqçı” da
yarışda qalıb.
Həmin ildə qələbəyə görə komandalar 3 xal qazanırmış.
1995/96-cı illər mövsümündə Azərbaycan çempionu adını "Neftçi" komandası qazanıb. 20 turdan sonra 36 xal toplayan paytaxt klubu çempionluğu bayram edib.
Çempionatın ən sərrast futbolçusu isə, həmin mövsümün yarısını "Neftçi"də, digər yarısını isə "Qarabağ"da keçirmiş Nazim Əliyev olub. O, 23 qola imza atıb.
Nazim Əliyev (Neftçi/Qarabağ) 23
Rövşən Əhmədov (Kəpəz) 23
Fazil Pərvərov (Kəpəz) 23
Musa Qurbanov (Turan/Kür-Nur) 16
1995/96-ci illər mövsümündə Azərbaycan kubokunu yenə "Neftçi" klubu qazanıb. Paytaxt klubu finalda Ağdamın "Qarabağ" komandasını 3:0 hesabı ilə yenərək ölkə kubokunun qalibi olublar. Beləliklə, paytaxt klubu mövsümü dublla başa vurub.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий