1992-ci il fevral ayının 23-də Tovuz rayonunda "Turan" adlı klub təsis olunub. Bu komanda Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ölkə çempionatda bir dəfə qızıl, bir dəfə gümüş, iki dəfə bürünc medal qazanan, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etmiş "Turan" hazırda I Divizionda çıxış edir.
Maliyyə problemləri belə tarixi olan bir klubu layiq olmadığ günləri yaşamağa məcbur qoydu.
Ancaq heç yoxdan yaxşıdır. Şükürlər olsun ki, Azərbaycan futbolunun məktəbi sayılan Tovuz digər bölgələr kimi tamamı ilə futbolsuz qalmayıb.
Hazırda Tovuzda futbolun hansı səviyyədə olduğu, "Turan Tovuz"da vəziyyətin necə olduğu ilə bağlı klubun mətbuat katibi və lisenziyalaşdıma meneceri vəzifəsində çalışan Süleyman Tağıyevdən xəbər tutduq.
- Tovuz futbolunun başlıca məqsədi ölkə futboluna xidmət etməkdir. Tarixən də belə olub. Əsas komanda əsasən yerli gənclərdən qurulub. Deyərdim ki, gələcəyin komandasıdır. Əsas heyətdən 2 futbolçumuz U-16 və U-19-un üzvüdür. Aşağı yaş qrupları üzrə komandalarımızda istedadların sayı getdikcə artmaqdadır. U-14 komandamız Qərb regionu üzrə yarışları maksimum nəticə ilə keçərək pley-offa yüksəlib. U-13 komandamız da ölkə çempionatının final mərhələsinin bir addımlığındadır.
Vahid məşq sisteminə keçmişik. Məşqçilərimizin hamısı müvafiq kateqoriyalara malikdirlər. Mütəmadi olaraq Uşaq Futbol Məktəbində məşqçilərimizlə iclaslar təşkil olunur. Bu da öz növbəsində məşq prosesinə, gənclərin oyunlara yüksək səviyyədə hazırlanmasına müsbət təsir edir.
Bu yaxınlarda Tovuzda akademiyanın açılması ilə bağlı verilən qərar həm bizə, həm də ölkə futboluna çox böyük dəstək olacaq. Gələcəyimiz əmin əllərdədir.
- Ancaq "Turan Tovuz" kimi köklü bir klubun I Divizionda çıxış etməsi elə də ürək açan məqam deyil...
- Elədir. Təəssüf ki, maliyyə problemi Premyer Liqada iştirak etməyimizə mane olur. "Turan Tovuz" Premyer Liqaya rəng qatar.
İnfrastruktur, futbol məktəbi, azarkeş baxımından heç bir problemimiz yoxdur. Ümid edirik ki, futbolumuzun beşiyi sayılan Tovuza sponsor tapılar və əvvəlki kimi yüksək liqada sözümüzü deyərik.
- Belə çıxır ki, hələ qarşıdakı illərdə "Turan Tovuz"u Premyer Liqada görməyəcəyik?
- Maliyyə problemlərinin həlli, sponsorların cəlb edilməsi üçün klub rəhbərliyi səylə çalışır. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq.
- Bir çox dağılmış və zəifləmiş klub nümayəndələri AFFA əleyhinə tənqidi fikirlər səsləndirir. "Turan Tovuz" klubunun hazırda belə layiq olmadığı yerdə olmasına görə etirazınız varmı?
- Hazırda komanda AFFA-nın dəstəyi ilə yaşayır. Heç bir yerdən maddi dəstəyimiz yoxdur.
- Tovuzdan olan imkanlı şəxslər və ya rayonun icra hakimiyyətindən kluba dəstək vermək yönlü təkliflər yoxdu?
- Məhz bu yöndə işlər aparılır. Rayonun icra hakimiyyətinin başçısı Məmməd Məmmədov da komandanı diqqət mərkəzində saxlayır.
- AFFA nə kimi dəstək göstərir komandaya? Futbolçuların maaşı ödənir?
- Hər kəs maaşını alır.
- Stadionun vəziyyəti necədi?
- Stadionda AFFA tərəfindən ispeksiya aparılıb. Yarışların keççirilməsi üçün yaralıdır. Amma əsaslı təmirə ehtiyacı var.
- Komandanın aşağı yaş qruplarında seçilərn futbolçuları varmı? Tovuz Azərbaycanın futbol məktəbi sayılır. Yaxın gələcəkdə yeni bir ulduz və ya ulduzlar doğacaqmı?
- Təbii ki, bizdə hər zaman istedadlı potensiallı uşaqlar olub və var. Hər yaş qrupumuzda perspektivli uşaqlar kifayət qədərdir. Qeyd etdiyim kimi, 2 futbolçumuz milli üzvüdür. Bundan başqa aşağı yaş qruplarında da gələcəyin ulduzları yetişir. Təkliflərin olması normal haldır.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий