Paytaxtın EKOL futzal komandası bu il həm çempionatın bürünc medallarını qazanıb, həm də ölkə kubokunun sahibi olub.
Komandanın oyunçusu Fərid Atakişiyev Sport7.az-a müsahibəsində geridə qalan mövsüm haqda təəssüratlarını bölüşüb.
- Geridə qalan mövsümü necə dəyərləndirirsiniz?
- Geridə qalan mövsüm doğrudanda çox gərgin və maraqlı keçdi. Ona görə gərgin dedim ki, klublarda iranlı əcnəbilər çoxluq təşkil edirdi və biz hər oyuna final kimi cıxırdıq. Qış fasiləsinə çempion kimi yollandıq. İkinci dövrədə iddialı 3 klub - "Araz Naxçıvan", "Neftçi" İK, "Xəzər Cənub" daha da gücləndi.
Bu mövsüm yenilik olmuşdu. İlk dörd yeri tutan klublar - 1-cir 4-cü ilə, 2-ci yer isə 3-cü yerdəki komanda ilə yarımfinalda qarşılaşdı. İlk iki qələbəyə kimi oyunlar elə mübarizə şəraitində keçdi ki, 3-cü oyun da oldu. Sonda finala çıxan və çempion olan "Araz Naxçıvan" oldu. Çoxlu güc itirməyimizə baxmayaraq, 3-cü yer uğrudan "Neftçi" İK məğlub etdik və mövsümü 3-cü yerdə bitirdik.
- Mövsümü titulsuz başa vurmadınız. Ölkə kubokunun qalibi oldunuz. Təəssüratlarınız...
- Möhtəşəm və döyüşkən kollektivimiz var. Sevindirici haldır ki, hamısı yerli uşaqlardı. Baxmayaraq ki, kuboka gedən yolda ağır səbətə düşmüşdük, şükürlər olsun ki, öhdəsindən gəlib Azərbaycan kubokunu qazandıq. Burdan bir daha EKOL sevərləri, rəhbərliyi və bütün oyunçularımızı səmimi qəlbdən təbrik edirəm. Axarıncı olsun.
- Bəs öz çıxışınızı necə qiymətləndiririsiniz?
- Hər il olduğu kimi, hər oyunda komandama xeyirli olmağa çalışmışam. Bu il də ənənəni pozmamağa çalışdım. Xeyirli-uğurlu qələbələrdə zərrə qədər pay sahibi olduğum üçün şadam. Sevindirici haldır ki, Azərbaycan kubokunun fınalında da ilk və son qolu vurmağa nail oldum. İldən-ilə məsuliyyətimiz daha da artır deyə, daim üzərimizdə çalışmalıyıq.
- Yeni mövsümdə də EKOL-un şərəfini qoruyacaqsınız? Müqaviləniz necə müddətlikdi?
- Müqaviləm iyun ayında başa çatacaq. Rəhbərliklə oturub, bunu müzakirə edəcəyik. Ondan sonra dəqiq bilinəcək. Sabah nəyin necə olacağını bilmədiyimiz üçün, dəqiq nəsə deməyim düz olmaz. Amma klubdaxilində böyük bir ailə münasibətimiz var.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий