Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçirilib.
Sport7.az xəbər verir ki, konfransda futbol adamları ilə yanaşı bir sıra tanınmış şəxslər də iştirak edib.
Qonaqlar sırasında xalq artisti Ağadadaş Ağayev də yer alıb.
Milli komandamızın Xorvatiya ilə oyunu və xorvat baş məşqçisi Nikola Yurçeviç haqda danışan məşhur müğənni maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
O, "Mən ödədiyim verginin bir qəpiyinin də hansısa xorvat məşqçiyə verilməsini istəmirəm. Milli komandamızda çalışacaq yetərincə yerli mütəxəssisimiz var. Elə onlardan biri də Nazim Süleymanov.", deyə millimizdə əcnəbi məşqçilərin işləməsinə etiraz edib.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий