"Neftçi"nin baş məşqçisi Roberto Bordinin klubdakı gələcəyi sual altındadır.
Hətta onun istefaya göndərilib, yerinə isə BATE-nin sabiq məşqçisi Aleksey Baqa və ya Tomas Dollun gətiriləcəyi gözlənilir.
Bəs "Neftçi" klubunun qərarı nədir?
Bunu dəqiqləşdirmək üçün klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən soruşduq. Klub rəsmisi Sport7.az-a açıqlamasında Bordinin "Neftçi"dən ayrılmayacağını bildirdi.
"Hazırda elə bir məsələ gündəmdə deyil. Bordin "Neftçi"nin baş məşqçisidir. "Neftçi" klubu olaraq nə Baqa, nə də Doll ilə heç bir danışığımız olmayıb. Yazılanlar həqiqəti əks etdimir. Yalan məlumatlardır".
Qeyd edək ki, "Neftçi" Roberto Bordinin rəhbəliyi altında 14 turdan sonra 25 xalla turnir cədvəlinin ikinci pillləsində qəraraşıb.
Röya
Sport7.az
Комментарии
Отправить комментарий