“Karate Federasiyasını gərgin iş rejimi gözləyir" - Sənan Məhərrəmov



Artıq 2019-cu ilin başa çatmasına sayılı günlər qalıb. Bunu nəzərə alaraq Sport7.az ilin yekunları ilə bağlı sorğu keçirib. 

Bu ilin Azərbaycan karatesi üçün uğurlu keçib-keçmədiyi barədə Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov saytımıza açıqlamasında danışıb. 

"Azərbaycan Milli Karate Federasiyası 2019-cu ildə təqvim plana əsasən fəaliyyətini çox effekli başa vurur. Yola saldığımız ildə bir çox rəsmi yarışlarda iştirak etməklə yanaşı, ölkədaxili beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər. 

Müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə rəsmi beynəlxalq yarışlarda – 63 qızıl, 49 cümüş, 77 bürünc qazanıblar. Bu mükafatlardan 4 qızıl və 1 bürünc medal Yeniyetmə və Gənclərin Avropa çempionatında, 1 qızıl, 1 gümüş və 2 bürünc böyüklərin Avropa çempionatında, 1 gümüş və 3 bürünc Yeniyetmə və Gənclər arasında Dünya çempionatında,  1 qızıl, 3 gümüş və 1 bürünc medal isə Avropa oyunlarında əldə edilib.

Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərinə gəlincə, 2 qızıl və 1 bürünc medal Dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc Karate1 Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc Karate1 SeriyaA turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə Gənclərin Liqa turnirlərində qazanılıb. Digər beynəlxalq turnirlərdə nəticələri də nəzərə alsaq, müxtəlif yaş qruplarındamilli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 281 medala sahib olublar. 

Ölkədaxili keçirilən beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi staistikaya daxil edilməyib. Martda Bakıda gələn ilin Avropa çempionatına və avqustda Tokio  Olimpiadasına ciddi hazırlıqlar gedir. Qarşıdakı bayram günləri ilə əlaqədar qısa fasilədən sonra, qeyd edtiyim yarışlarla əlaqədar federasiyanı daha gərgin iş rejimi gözləyir. Hər zaman yüksək səviyyədə dövlət dəstəyi hiss edən karateçilər, əvvəllər də olduğu kimi üzərlərinə düşən məsuliyyəti anlayır və maksimum nəticələr eəldə etməklə ümidləri doğrultmağa çalışırlar".

Röya Kərimli
Sport7.az

Комментарии