Moskvanın "Dinamo" klubundan ayrılacağı gözlənilən Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi iddia olunur.
Ölkə mətbuatında yayılan xəbərlərə görə, hazırda Bakıda olan milli futbolçumuz "Neftçi" ilə danışıqlar üçün paytaxta gəlib.
Məsələni dəqiqləşdirmək üçün "Neftçi" klubu ilə əlaqə saxladıq. Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a açıqlamasında bu xəbələri təkzib edib.
O bildirib ki, "Ramil Şeydayev ilə heç bir danışığımız olmayıb. Onun Bakıya gəlməsinin "Neftçi" ilə əlaqəsi yoxdur. Ramil ilə "Neftçi" arasında danışıqlar olduğu ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, millimizin üzvü olan Ramil Şeydayevin Moskva "Dinamo" ilə müqaviləsi bu ilin sonunda başa çatır.
Röya
Sport7.az
Комментарии
Отправить комментарий