Bildiyiniz kimi, son günlər ölkənin futbol gündəmini oyun-alqı satqısında iştirak edənlərin aşkarlanması zəbt edib.
Məsələ ilə bağlı AFFA, bir sıra klublar, futbolçular bir sıra fikirlər, bəyanatlar səsləndiriblər. Sport7.az isə məsələnin hüquqi tərəfini araşdırdı.
Vəkil Mehman Muradlı saytımıza açıqlamasında oyun-alqı satqısının maddəsinin, cəzasının nə olduğunu açıqladı:
"Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 192-2-ci maddәsinә әsasәn İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayәt mәsuliyyәtinə yarıdır. Maddәsin sanksiyasına әsasәn 3 il müddәtinә kimi hәbs cәzası nәzәrdә tutulur.
Nәzәrә alsaq ki, bu cinayәtlәr vәzifәli şәxslәr tәrәfindәn vә rüşvәt vermәklә törәdilirsә bu halda tәqsirlәndirilәn şәxs vә ya şәxslәr әlavә olaraq rüşvәt vermә cinayәti ilә cәlb edilә bilәrlәr".
Qeyd edək ki, oyun alqı-satqısında iştirak edən 40 nəfər həbs olunub, bir çox şəxs futboldan ömürlük diskvalifikasiya olunub.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий