Xəbər verdiyimiz kimi, millimizin üzvü Riçard Almeyda "Qarabağ”la bitən müqaviləsini uzatmadığı üçün Azərbaycanı tərk edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı olaraq "Qarabağ" tərəfinin də rəsmi mövqeyini öyrəndik. Klubun mətbuat katibi Nurlan İbrahimov Sport7.az-a açıqlamasında onunla danışıqlar aparıldığını, lakin razılığa gələ bilmədiklərini deyib:
"Biz Almeydanı icarəyə götürmüşdük. O, "Astana" ilə öz müqaviləsini ləğv edib. Artıq azad agent statusu daşıyır. Danışıqlarımız oldu, ancaq razılığa gələ bilmədik. Müqavilə bağlamamışıq. Hazırda Almeyda vətəni Braziliyadadır, istirahət edir".
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi Qazaxıstanın "Sports.kz” saytına "Qarabağ”la müqavilənin müddəti bitdi, klubu tərk edirəm" deyə açıqlama verib.
Röya
Sport7.az
Комментарии
Отправить комментарий